| |
|
|
![]() |
Forum
Forum təhsil və peşəkar səviyyədə potensialımızı artırmaq və istifadəçilər arasında müzakirələri genişlətmək məqsədi güdür. İstifadəçilərin ilk öncə qaydalarla tanış olması xahiş olunur.
|
Xaricdə Təhsil Üzrə Dövlət Programı
|
Topics: 59 Posts: 105
|
Əziz dostlar,
Bu mövzu "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" haqqında müzakirələr üçün nəzərdə tutulub. Burda verilmiş ən önəmli suallardan FAQ hazırlamışıq. Proqram haqqında sualınızı verməzdən əvvəl həmin FAQ-a aşağıdakı linkdən nəzər yetirmənizi xahiş edirik:
Əgər orda sualınıza cavab tapa bilməsəniz, sualınızı burda ünvanlaya bilərsiniz. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təqaüd proqramları - məlumat və elanlar. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edilməsi məqsədi ilə Təhsil Nazirliyi müsabiqə elan edir.Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s nömrəli Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət olunan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ərizə-əsaslandırma;
2. doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir);
3. tövsiyə məktubu (2 Ədəd);
4. xarici ali məktəb tərəfindən təqdim olunmuş rəsmi dəvət məktubu;
5. xaricdə təhsil alanlar təhsil almaları və aldığı qiymətlər barədə arayış (qiymət kitabçası və ya transkriptin surəti);
6. bakalavr dərəcəsinə malik olanlar bitirdiyi ali məktəb tərəfindən verilən bakalavr haqqında diplomun və diploma əlavənin sürətləri;
7. magistr dərəcəsinə malik olanlar bitirdiyi ali məktəb tərəfindən verilən bakalavr və magistr haqqında diplomların və diplomlara əlavələrinin sürətləri;
8. tələb olunan tədris dili imtahanının (TOEFL, İELTS və sair) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda) ;
9. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
10. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
11. tərcümeyi-hal (CV);
12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil.
13. Şəxsiyyət vəsiqəsinin surəti.
14. Elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçınin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı.
15. Xarici passportun nüsxəsi QEYD: Təqdim olunan sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunaraq təqdim olunmalıdır. Sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir.
Əlavə məlumat üçün: http://www.edu.gov.az/view.php?lang=az&menu=133&id=2149
______________________ |
|
Topics: 0 Posts: 2
|
Hərvaxtınız xeyir. Ayda nə qədər təqaüd olur? Bilet pulunu ildə neçə dəfə verirlər yəni məsələn qış tətilində geri qayıtmağa verirlər pulu? Universitet pulunu və təqaüdü gecikdirmirlər ki? Max. nə qədər vaxta keçirirlər pulu? (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”) |
|
Topics: 25 Posts: 261
|
Ayliq teqaud olkeden-olkeye deyishir. Bildiyime gore bilet pulunu ilde bir defe verirler. Senedleshmeni ne qeder tez bitirsez, pul bir o qeder tez kecirilecek. Eshitdiyime gore ayliq teqaudu gecikdirirler, amma universitet pulunu yox. Matin, indi gordum siz Torontoda oxuyursuz, men bu il dovlet proqrami ile Waterloo-ya gedirem, indi senedleri hazirlayiriq, ayliq teqaud, bilet ve s. deqiq bilinen kimi yazaram burda. ______________________ |
|
Topics: 0 Posts: 36
|
Xais edirem mene komek edin xaricde tehsil uzre(magistratura) Azerbaycanin magistratura imtahanlarina girmek vacibdi?? Yoxsa bakalavr derecesi alib Toefl balini yigmaq kifayetdi??? Menim dostum Ingilterede oxuyur deyir ki, magistratura imtahanlarina girmek vacib deyil sadece Toefl bali lazimdi xais edirem bilen varsa komek elesin |
|
Topics: 25 Posts: 261
|
Senan, dovlet proqraminda 2 yolla ishtirak etmek mumkundur: 1. SIYAHIDA OLAN hansisa universitete ozun musteqil sened verib qebul olursan. Sonra qebul mektubunu Tehsil Nazirliyine teqdim edirsen ve onlar butun xercleri odeyirler. Bu halda, Azerbaycandaki magistratura imtahanini vermek lazim deyil. 2. Azerbaycandaki magistratura imtahanini verirsen. Eger onlarin teleb etdiyi kecid bali kecirsense Emil Alxaslinin 1-ci commentde yazdigi senedleri hazirlayib Tehsil Nazirliyine verirsen ve onlarin teshkil etdikleri musabiqede ishtirak edirsen. Musabiqeden kecsen onlar seni gonderirler. Hara gonderdiklerini nece secdikleri barede melumatim yoxdur, cunki men ve tanidigim dovlet proqrami ile geden butun insanlar 1-ci yolla gedibler :) ______________________ |
|
Topics: 0 Posts: 7
|
I have a question, people. I haver succesfully passed the "TQDK" exam here but haven't contacted with any foreign university (FU) yet. So there's no Invitation, requested for the Profram contest. But I've heard that it is possible to enter FU after a year of studying here (during which I have to pass some steps of Our testings: essay about Azerbaijan, my future profession, interview and of course testing the level of my English) Is it? |
|
Topics: 25 Posts: 261
|
There are two ways to go with our government's study abroad program - 1. After you get admission offer from the foreign university which is in the list of program. 2. After you get good results from TQDK exam you apply to the Ministry of Education and pass their contest. So, it seems like you want to go with 2nd way. So, it's possible :) You can get more information from here - http://xaricdetehsil.edu.gov.az/default.html Actually, I also have talked to lots of people who are in this program, all of them had gone with the 1st way. I'm also going with 1st one and would advice to you to choose it, too. it seems like your english is not bad, you have enough time, prepare and take standardized tests, and apply to the universities which are in the list. ______________________ |
|
Topics: 0 Posts: 1
|
Men bu il qebul imtahanimi verdim, ve 640 ball yigdim. Amma nazirlikde dediler ki, tibb ixtisaslar ucun senedleri fevral ayinda vermek lazimdir. Kimse bu haqda nese bilir? |
|
Topics: 0 Posts: 7
|
narmin, and what about application deadlines? I have missed them. WHEN (and where) did u applied? |
|
Topics: 25 Posts: 261
|
Khuraman, dovlet proqraminda iki yolla ishtirak var: 1. Ozunuz xarici universitete qebul olunursuz, sonra muraciet edirsiz, 2. TQDK imtahaninda yaxshi bal yigib muraciet edirsiz. Siz 2-ci yolla getmek isteyirsiz basha dushduyum qederile, tessuf ki bu haqda melumatim yoxdur... Asif, if you understand english well, have a look at this information: http://edunet.az/forum.php?c=topic&op=index&cid=40&tid=71 There are all deadlines you need, it'll help a lot! If it's hard to understand, we'll replace Azeri version as soon as we can. ______________________ |
|
Topics: 0 Posts: 2
|
Narmin salam. Azer-anin xaricde oxuyan telebelerre teqaud vermesi barede bilmirsen hardan oyrenmek olar?xaricdetehsil de nese hechne yoxdu bu barede.maraqlidir shertleri))i will gratitude for u. |
|
Topics: 1 Posts: 89
|
Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının CƏDVƏLİ (Excel file) http://edu.gov.az/upload/file/cədvəl.xls |
|
Topics: 0 Posts: 36
|
Bu nece qanundu basim cixmir??? Butun Tehsil Nazirliyine her yere zeng edirem cavab veren olmur ki,olmur Musteqil universitete qebul olunmussansa lakin bakalavr balin 500 den asagidirsan seni magistratura oxumaga gonderirler??? Yeni teqaud verirler? |
|
Topics: 0 Posts: 9
|
maraqlananlara 1 meslehet,eger Fransada oxumaq isteyirsinizse,gedin Fransa sefirliyine,deyin,men Fransada oxumaq isteyirem,onlar cox komek eliyirler qebul olmaga,sora da gelib Tehsil Nazirliyine muraciet edin. |
|
Topics: 0 Posts: 36
|
urfan1 Azedentis89 Sagolun usaqlar bugun elaqe saxladim Tehsil Nazirliyi ile dediler mumkun deyil 550 den asagi bali olani yollamirlar ne magistraturaya ne de ki bakalavr oxumaga |
|
Topics: 25 Posts: 261
|
Senan, bu il yollamayacaqlar, cunki avqustun 20-si sened qebulu bitib... Amma shexsen men 527 balla dovlet proqramina muraciet etmishem ve kecmishem. Ashagida serencamin lazimi hissesini yaziram, ona fikir ver, ballar 2.1.1. ve 2.1.2-ye aiddir, eger universitete ozun qebul olnursansa (2.1.3.) TQDK bali lazim deyil. Ora zeng eliyib kimden geldi sorushmayin, orda cox adamin ozu de melumatli deyil qaydalar barede. Serencami diqqetle oxuyun ve haqqinizi teleb etmeyi bacarin! 2. Xarici ölkələrdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılara irəli sürülən tələblər 2.1. Xaricdə ali təhsil (bakalavr dərəcəsi) almaq istəyən iddiaçılar aşağıdakı tələblərə cavab verməlidirlər: 2.1.1. ümumi orta və ya orta ixtisas təhsilinə malik olanlar; 2.1.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alanlar; 2.1.3. ilk dəfə olaraq ali təhsil (bakalavr dərəcəsi) almaq məqsədi ilə təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan və burada təhsil alanlar; 2.1.4. bu bəndin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar; 2.1.5. dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər; 2.1.6. bu bəndin 2.1.3-cü yarımbəndində qeyd olunan şəxslərin (artıq xarici ali təhsil müəssisələrində təhsil alanların) cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır. ______________________ |
|
Topics: 0 Posts: 36
|
2.1.4. bu bəndin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar; Esas bu bendi |
|
Topics: 1 Posts: 89
|
Senan, 550 ve 600 bal ne vaxt isteyirler: Tehsil Nazirliyi elan edir ki, filan ölkenin universitetlerinde tehsil almaq ucun sened qebulu ba$lanib. Bu zaman sen Azerbaycanda ali mektebin 1ci kursunda oxuyursansa ve hemin musabiqeye muraciet etmek isteyirsense, sen ali mektebe qebul olunanda 550 (600) bal toplamali idin. Eger sen qebul olanda o bali yigmami$dinsa onda nazirliyin elan etdiyi musabiqeye sened vere bilmezsen. Bu problemi nece def etmeli ? - Hele mektebde 11ci sinifde oxuyarken (Narmin kimi) - Bakalavrin 1ci kursunda oxuyarken (noyabr -dekabr aylarinda) siyahida olan ali mekteblere ve ixtisaslara sened gönderib özun qebul olmaq. Qebul mektubunu aparib nazirlikdekilerin gözune soxmaq ki, meni maliyyele$dirin. Bu zaman onlar senden bal istemeyecekler, cunki özun qebul olunmusan. Tebii ki, bu menim du$uncemdir, mulahizemdir. Eger yaniliramsa zehmet olmasa proqramdan faydalananlar sehvimi duzeltsinler. Magistratura ucun: - Imtahan verib bizim magistraturaya qebul olunmusan, 1ci kursinda oxuyursan. Bu zaman Tehsil Nazirliyi elan edir ki, filan ölkenin ali mekteblerinde oxumaq ucun musabiqe elan edilir. Bu musabiqeye muraciet etmek ucun sen bizde magistraturaya qebul olunanda en azi 70(80) bal yigmali idin. Yigmamisansa, muraciet ede bilmezsen. Bu halda da yuxarida qeyd etdiyim kimi, ozun musteqil $ekilde unievrsitetlere sened gönder ve qebul olmali idin: ya bakalavr 4cu kursda oxuyanda, ya da magistrin 1ci kursunda oxuyanda texminen noyabr-dekabr aylarinda universitetlere senedlerini göndermeli idin. Urfan, Sertifikat BUTUN hallarda lazimdir, özun qebul olunsan da, TNin elan etdiyi musabiqeye qatilsan da.Özun qebul olunanda onsuz da lazimdi. Cunki universitete gönderilen senedlerin icinde sertifikat olmasa (tebii ki, teleblerde varsa), avtomatik olaraq diskvalifikasiya olunursan. Hemcinin, Sertifikat telebi UNIVERSITET terefinden qoyuldugundan, TN musabiqesinde de lazimdir. Bu halda Tehsil Nazirliyi sadece universitetin qoydugu telebi tekrarlayir. Xulase onu demek olar ki, xaricde universitete özun qebul olunsan daha yax$i olar. Bu zaman hazir qebul mektubu ile muraciet edende, nazirlikde cekilen ba$ agrilari azalir (teessuf tam kesilmir). P.S. Senan ve Urfan, $erh yazanda nöqte, vergulu yaddan cixarmiyin zehmet olmasa. Yazdiginizi anlamaq ucun azi 3 defe oxuyuram :-) |
|
Topics: 0 Posts: 5
|
Salam men xaricde tehsil almaq ucun(magistr) Celt sirketine muraciet etdim . IElTS -e hazirliq mebleqi oz yerinde, universitette qebul ve senedlesdirme ucun 5000 manat pul isteyirler. 600-den cox bal topladigima ve bakalavr diplomumun (orta qiymet 4 den yuxari, 3 yoxdur) olduguna gore dovlet proqramina esasen tehsil haqqinin dovlet terefinden maliyyelesdirileceyini bildirirler. Bu mebleq menim ucun cox boyukdur. Onlarin komeyi olmadan serbest xarici universitete qebul oluna bileremmi? Bu ne qeder realdir ? 5000 manat odemeye deyermi ? Xahis edirem bu barede melumati olanlar cavab versinler . |
|
Topics: 25 Posts: 261
|
Ele sheylere bash qoshma, ne 5000 manat?! Men hec vaxt vermezdim. Ozunun qebul olunmagin elbette cox realdir. Sadece yaxshi imtahan neticeleri lazimdir. "Qebul prosesi" kateqoriyasindaki "Ilk yardim"i ve ya "How to apply for a scholarship" (eyni sheydir, sadece biri ingilisce, bizi azerbaycanca) oxu, orda tam etrafli melumat var ne etmeli oldugun haqda. Eger ingilis dilin yaxshidirsa ingilis variantini oxumaq meslehetdir, cunki hele tam tercume edib qurtarmamishiq... ______________________ |
| Page 1 out of 67 | <<<123 ... 6364656667>>> |
Moderators:
ealkhasli85, Aygunka, responsible, narmin, urfan1, eguluzade, shirinli, ealkhasli85, nfatulla, narmin, turalb










