| |
|
|
![]() |
Forum
Forum təhsil və peşəkar səviyyədə potensialımızı artırmaq və istifadəçilər arasında müzakirələri genişlətmək məqsədi güdür. İstifadəçilərin ilk öncə qaydalarla tanış olması xahiş olunur.
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı
|
Topics: 59 Posts: 105
|
______________________ |
||
|
Topics: 59 Posts: 105
|
ARDNŞ Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə növbəti müsabiqə elan etmişdir |
______________________ |
|
|
Topics: 59 Posts: 105
|
ARDNŞ Təqaüd Proqramı 2010-2011-ci illərdə xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbulu elan edibAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2006-cı ildən Dövlət Neft Şirkətində Təqaüd Proqramı işlənib hazırlanmışdır və bu proqram uğurla həyata keçirilməkdədir. Proqram çərçivəsində hər il onlarla gənc dünyanın aparıcı universitetlərində ali təhsillərini davam etdirir. ARDNŞ Təqaüd Proqramı üzrə 2010-2011-ci tədris ilində xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbulu elan edib. Elanın şərtlərinə əsasən, Təqaüd Proqramında iştirak etmək istəyən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmalı və yaşı isə 30-dan yuxarı olmamalıdır. İddiaçı TQDK-nın xətti ilə keçirilən test imtahanından mühəndis ixtisasları üzrə ən azı 100 bal, digər ixtisaslar (iqtisadçı, maliyyəçi, hüquqşünas və s.) üzrə isə ən azı 110 bal toplamalı, xarici dil imtahanlarının (İBT TOEFL üzrə minimal bal 70, İELTS üzrə minimum 6 bal və ya DSH-2) verilməsi barədə sertifikatlar təqdim etməlidirlər. İddiaçı ərizə-anket formasını http://www.socar.az/tehsil.html internet səhifəsindən yükləməli, doldurulmuş ərizə-anket və tələb olunan sənədlərin surəti ARDNŞ-nin qəbul otağına təqdim edilməli və ya elektron poçtla khs@socar.az ünvanına, yaxud aşağıdakı ünvana poçt vasitəsi ilə göndərilməlidir: Bakı, AZ 1000, neftçilər prospekti 73. ARDNŞ-nin Kadrların hazırlanması şöbəsi. Sənədlərin təqdim edilməsi üçün son müddət 30 sentyabr 2009-cu ildir. İddiaçılar tərəfindən təqdim olunan sənədlər nəzərdən keçirildikdən sonra seçilmiş namizədlər yekun seçim üçün oktyabr-noyabr aylarında ARDNŞ-ə müsahibəyə dəvət ediləcəklər. ______________________ |
||
|
Topics: 4 Posts: 5
|
Bu programin 2007-2015 Dovlet programindan ferqli ceheti nededir? |
||
|
Topics: 59 Posts: 105
|
Bu program Azərbaycan Respublikasl Dövlət Neft Şirkətinin təqaüd proqramıdır. ARDNŞ terefindən maliyyələşdirilir. proqramı bitilirdikdən sonra məzunlar neft şirkətində işlə təmin olunur. 2007-2015 Dövlət proqramından daha əvvəl yaradılıb. ______________________ |



