MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Çox vaxt bu abbreviaturadan dərəcənin göstərilməsi üçün deyil, həm də dərəcə almaqdan ötrü tədris proqramları üçün də istifagə olunur. MBA ixtisası dedikdə, orta və yüksək manqanın rəhbərinin işini yerinə yetirməsi bacarığı başa düşülür. Adətən MBA proqramı üzrə tədris dövrü bir ildən iki ilə qədər vaxt aparır.
Dünyanın top biznes-məktəblərindən birində əldə edilmiş MBA dərəcəsi – dünyanın məşhur korporasiyalarında top-menecer vəzifəsinə “açar” və öz potensialını menecer kimi tam göstərmək imkanıdır!
MBA –dərəcə bir sıra üstünlüklər verir:
xarici ölkədə uğur qazanmış menecerlərin arasında 2 ilə qədər qalmaq və təhsil aldıqdan sonra orada işləmək imkanı;
MBA-nın tarixi 1901-ci ilə - Nyu-Hempşir ştatının (ABŞ) Dortmund kollecinin biznes-məktəbinin məzunları Master of Business Administration dərəcəsini aldıqları vaxta təsadüf edir. Düzdür, o vaxt bu təhsil bu günkü kimi hörmətdə deyildi. Diplomda MBA sözü yalnız onu göstərirdi ki, bu şəxs istehsal və bazar üzrə XX əsrin əvvəllərində aktual olan tədris kursu keçmişdir. 66 ildən sonra bunlar Böyük Britaniyada (London və Mançesterdə) meydana gəldi. Avropanın qalan hissəsinə onlar daha sonra gəlmişlər.
40 ildən artıq bir dövr ərzində biznes-məktəblər biznes aləmi üçün əsl peşəkarlar hazırlayan proqram yaratmaq məqsədini qarşılarına qoyaraq, nəzəriyyə və təcrübə, innovasiya və ənənəvi predmetlər arasında manevr edirdilər. XX əsrin sonunda artıq MBA proqramı üzrə tələbə hazırlığını həyata keçirən 900 ali məktəb var idi. Təkcə ABŞ ərazisində onlar hər il 90 000-dən artıq diplom verir ki, bu da biznes-təhsili ümumi akademik təhsildən sonra populyarlığına görə ikinci yerə qoyur.
Şübhəsiz ki, Amerika biznes-təhsili MBA dərəcəsi almağa imkan verən dünya təhsil proqramları arasında liderdir. Əgər Amerika biznes məktəblərinin diplomları həm ABŞ-da, həm də Avropada eyni dərəcədə qiymətləndirilirsə, Avropanın diplomları, ola bilər yalnız Fransanın İNSEAD və Britaniyanın LBS-i istisna olmaqla, yalnız öz ölkələrində yüksək dəyərləndirilir.
Avropalılarla amerikalıların ciddi rəqabətindən söhbət də gedə bilməz. ABŞ biznes-məktəblərinin liderliyinin səbəbi tələbə və işəgötürənlərin sorğularına daha tez reaksiya verməsindədir. Tədris proqramları maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılmışdır ki, bu da məzunlara bütün dünyanın qabaqcıl şirkətlərində uğurla fəaliyyət göstərmək imkanı verir. Bununla belə, son vaxtlar Avropanın da biznes-təhsili ciddi surətdə inkişaf edir.
Amerikanın qabaqcıl biznes məktəbləri arasında aşağıdakıları (FT.com, Forbes.com, Businessweek.com ümumdünya reytinqlərinin məlumatlarına əsasən) fərqləndirmək olar: Stanford University GSB, Harvard Business School, University of Pennsylvania: Wharton, Columbia Business School, Chicago GSB, Northwestern University (Kellog), MIT Sloan, University of Michigan (Ross) və s.
Avropanın biznes-məktəblərinə gəldikdə isə, onların arasında (ft.com-un məlumatlarına əsasən) liderlər aşağıdakılardır: HEC Paris (France), London Business School (Great Britain), IMD (Switzerland), Instituto de Empresa (Spain), INSEAD (France/Singapore) və s.
MBA-nın keyfiyyətli proqramı 50-70 min ABŞ dollarıdır (tədris xərclərini nəzərə almadan). Bur çox məktəblər banklarla əməkdaşlıq edirlər və öz tələbələrinin kreditləşdirilməsi imkanını nəzərdə tuturlar. Bəzi hallarda, şirkət öz əməkdaşlarının təhsilini maliyyələşdirir. Bu təhsilin kreditləşməsi barədə danışarkən, ABŞ-da tədris üçün kredit almaq çətin deyil, ona görə ki, Amerikanın çox məktəbləri banklarla birbaşa əməkdaşlıq edirlər. Avropa dövlətlərində isə, çox hallarda maliyyə vəsaitini ozunuz tapmalısınız, ona görə ki, Avropa biznes-məktəbləri tam tədris xərclərini ödəyən kreditləri, demək olar ki vermirlər.
Ümumi və qəbul edilmiş sistemləşdirilmiş program mövcud deyil (eləcə də sistemləşdirilmiş ümumi MBA standartı mövcud deyil). Buna baxmayaraq proqram formalarının keçirilməsinin daha çox yayılmışlarını fərqləndirmək olar: