Beynəlxalq konfrans və danışıqlarda, rəsmi qəbullar və təntənəli tədbirlərdə (sonuncuların heç də həmişə və heç də diplomatik qurumun bütün əməkdaşlarına aidiyyatı olmur) iştirakdan başqa, diplomatların, demək olar ki, kənar baxış lardan tamamilə gizli olan geniş vəzifələr dairəsi var. Diplomatların bədii surətdə dedikləri kimi, müasir diplomatiyanın adi iş günləri diplomatik parketdə yox, yazı masası arxasında keçir.
_____________________________________
Diplomatik sənədlərin iki növü mövcuddur: qurumdaxili və rəsmi yazalı əlaqələrin həyata keçirilməsində vasitəçi olan sənədlər.
_____________________________________
Protokol nöqteyi-nəzərindən təbii ki, ikinci növ sənədlər daha önəmlidir, lakin dəqiqlik, nəzakət, diqqətlilik və səliqəlik təkcə diplomatik nümayəndələrlə yox, səfirliklər və nazirliklərdə çalışan həmkarlarla da münasibətlərdə əhəmiyyət kəsb edir.
Iş adamları arasında suvenirlər mübadiləsi Qərbdə Şərqdəki qədər geniş yayılmayıb. Lakin kiçik hədiyyəni minnətdarlıqla qəbul edərlər, xüsusən əgər partnyorlar zövqlərinə uyğun nəsə hədiyyə etmək üçün bir-birlərini kifayət qədər yaxşı tanıyırlar. Buna görə bahalı və yöndəmsiz hədiyyə yerinə nisbətən ucuz, lakin münasib hədiyyə seçmək daha yaxşı olar.
Diplomatik sənədlərin növləri Şəxsi nota Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir.Diplomatik praktikada suvenirlər
Etiket ilk görüş zamanı hədiyyələrin qonaqların yox, ev yiyələrinin etməsini nəzərdə tutur. Növbəti görüşlərdə hədiyyə mübadiləsi dostluq əlaqələrinin möhkəmləndirilməsi (xüsusən də Şərqli partnyorlarla) üçün mütləq xarakter daşıyır.
( Ardı )Diplomatik sənədlərin növləri
Nota onu imzalayanın adından — birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır.
Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir.
Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresata cənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətlimüraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur.
Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb.
Xarici işlər naziri, yaxud səfirinə:
Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Elçiyə, işlər üzrə müvəkkilə:
Cənab işlər üzrə müvəkkil, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
( Ardı )